“İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-də Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib.
AZƏRTAC xəbər verir ki, ilk aviareyslə 157 sərnişin gəlib. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli surətdə qarşılanıb.