• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycana sığınmış erməninin mətbuat konfransı

  • 18 Sentyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Məlum olduğu kimi, Ermənistan Milli Azadlıq Hərəkatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O özünün və ailəsinin təhlükəsizliyi ilə əlaqədar olaraq həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib. Sentyabrın 18-də Vaan Martirosyan Bakıda mətbuat konfransı keçirib. Mətbuat konfransında onun həyat yoldaşı və uşağı da iştirak edib.

Trend-in məlumatına görə, V.Martirosyan mətbuat konfransında deyib ki, Serj Sərkisyanın cinayətkar rejiminə və korrupsiyaya qarşı fəaliyyətinə görə Ermənistan hakimiyyəti ona təzyiq göstərib. O qeyd edib ki, Sərkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır və ölkə iqtisadiyyatını iflasa uğradıb.

V.Martirosyan bildirib: “Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sərkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlələr başlandı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı. Sərkisyanın adamları ilə razılaşmaya getmədim və bu səbəbdən mənə qarşı bir neçə cinayət işi qaldırıldı”.

Martirosyanın sözlərinə görə, Azərbaycan mətbuatından başqa heç kəs Sərkisyanın cinayətkar rejimi barədə daha dolğun həqiqətləri çatdıra bilməz: “Burada olmağımın səbəblərindən biri də budur. Burada gördüyüm səmimiliyin yüzdə bir hissəsini də gözləmirdim. Mənə qarşı münasibət çox yaxşı və yüksək səviyyədədir. Fikrimcə, sərhədlər açılsa, Ermənistandan xeyli sayda erməni Azərbaycana gələcək”.

Azərbaycana gəlmiş erməni idmançıların Ermənistana qayıtdıqdan sonra Azərbaycan barədə haqsız danışmalarına toxunan V.Martirosyan bunu belə izah edib: “Ermənistanın Milli Təhlükəsizlik Xidməti insanlara çox güclü təsir edir və istənilən ifadəni ala bilər. Daha əvvəl Azərbaycana qaçmış, sonra isə Ermənistana geri dönmüş erməni ailəsi məhz bu səbəbdən Azərbaycan barədə pis şeylər danışır”.

APA-nın məlumatına görə, V.Martirosyan onu da deyib ki, Dağlıq Qarabağda cinayətkar qruplar fəaliyyət göstərir. Dəfələrlə Dağlıq Qarabağda olduğunu söyləyən erməni hüquq müdafiəçisi vurğulayıb: “Həqiqətən də orada terrorizmlə məşğul olan, müxtəlif kriminal hadisələrdə iştirak etmiş qruplaşmalar fəaliyyət göstərir”.

Martirosyanın sözlərinə görə, Ermənistanda heç kəs müharibənin təzədən başlanmasını istəmir.  O bildirib ki, yaşlı nəsil bunu heç istəmir: “Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.

Mətbuat konfransında iştirak edən azərbaycanlı hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Vaan Martirosyanın Azərbaycana keçməsi bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan nə qədər tolerant ölkədir: N.Cəfəroğlu bildirib ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, bu ailəyə qapılarını açıb: “Gürcüstandan yaxın dostlarım olan hüquq müdafiəçiləri mənə müraciət etdilər ki, Vaan Martirosyanın ailəsi pis vəziyyətə düşüb, Serj Sərkisyanın adamları onun ailəsini döyüb, həyat yoldaşı Karina övladını itirib. Onlar Azərbaycandan daimi yaşayış hüququ istəyirlər. Bu çağırışa tək cavab verə bilməzdim. Milli Məclisin deputatı Azay Quliyevlə görüşdüm. Onun səyi nəticəsində müsbət cavab aldıq”.


Bazara yeni planşet çıxarılır

  • 18 Sentyabr 2015
  • comments

İntihar edən uşağın atası: “Maddi sıxıntılar ona t...

  • 18 Sentyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda