• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir: “Neft kəskin ucuzlaşıb və biz bu reallığı qəbul etməliyik”

  • 17 Sentyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

“İqtisadi məntiqə zidd siyasi oyunların aparılması neftin qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olub”. APA-Economics xəbər verir ki, bunu AzTV-yə müsahibəsində maliyyə naziri Samir Şərifov deyib. O qeyd edib ki, 2014-cü illə müqayisədə neftin qiyməti 2 dəfədən çox azalıb: “Söhbət təxminən 60 faizlik ucuzlaşmadan gedir. Bu, yalnız nefti hasil edən ölkələrin iqtisadiyyatına deyil, neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir edir.

Neftin ucuzlaşması hasilatın kəskin artımı ilə əlaqələndirilir. Söhbət ABŞ-da neft hasilatının artımından gedir. Son dövrlər ABŞ-da neft hasilatı gündəlik 2 milyon barreldən 3 milyon barrelə qaldırılıb. Bu ilin sonuna hasilatın 13 milyon barrel səviyyəsinə qaldırılması gözlənir.

OPEK-ə daxil olan ölkələr isə hasilatı azalmayıb. Əksinə, burada da artım müşahidə olunur. Onların strategiyası budur ki, ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını qorumalıdır. Bunun nəticəsində bazarda təklif tələbi üstələyir. Bu isə neftin kəskin ucuzlaşmasına səbəb olub.

Eyni zamanda burada heç bir iqtisadi məntiqə zidd olan siyasi oyunların olmasını da istisna etmirik. Lakin reallıq budur ki, neft kəskin ucuzlaşıb və biz bu reallığı qəbul etməliyik, öz iqtisadi modelimizi bu reallığa uyğun qurmalıyıq. Çox güman ki, neftin hazırkı qiyməti bir neçə il bu səviyyədə qalacaq”.

Neft ixrac edən ölkələri birləşdirən OPEK-in hazırda 12 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador.

Transparency.az xəbər verir ki, sentyabrın 17-də London birjasında “Brent” markalı neft 49 dollar 85 sentə satılır.

Mehmanxanalara hüquq mühafizə orqanı işçilərinin d...

  • 17 Sentyabr 2015
  • comments

Bakı-Sumqayıt yolunda qəza: 2 nəfər ölüb, 10 nəfər...

  • 17 Sentyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda