• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avronest rəhbərliyi Milli Məclisin qərarına münasibət bildirib

  • 17 Sentyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Avronest rəhbərliyi Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxmaq qərarından təəssüfləndiyini bəyan edib. APA-nın məlumatına görə, Avronestin həmsədrləri Heidi Hautala və Viktor Dolidzenin birgə bəyanatında deyilir: “Azərbaycan Milli Məclisi rəsmi şəkildə Avronest həmsədrlərini məlumatlandırdıqdan sonra vəziyyəti dərhal dəyərləndirəcəyik. Avronest Parlament Assambleyası Şərq tərəfdaşlığı proqramı üçün çoxtərəfli parlament qurumu olaraq qalır. O, Avropanın Şərq qonşularının Avropa İttifaqına siyasi və iqtisadi cəhətdən inteqrasiyasını sürətləndirmək məqsədilə açıq və inteqrasiya ruhunda fəaliyyət göstərməyə davam edəcək.

Avronest Parlament Assambleyasında iştirak Şərq tərəfdaşı ölkələrinin suveren və könüllü qərarıdır. Bu baxımdan biz Milli Məclisin qərarına hörmətlə yanaşırıq. Hesab edirik ki, qərar təəssüfləndiricidir və Milli Məclisi region üçün vacib olan birgə parlament iclaslarında fikrilərini söyləməkdən məhrum edəcək.

Qurumdan çıxmaq haqında qərar xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə vəziyyəti müzakirə etməyə hazır olduğumuzu bildiririk”.

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə Avropa Komissiyası Azərbaycanda siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırılır.

Sənəddə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə dəvət olunur.

Milli Məclisin sentyabrın 14-də keçirilən iclasında Avropa Parlamentinin 10 sentyabr qətnaməsi ilə əlaqədar qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasında üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanır və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasına son qoyulur.

Avronest Parlament Assambleyası 2011-ci il mayın 3-də Brüsseldə təsis edilib. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının parlament formatı olan Avronestə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan daxildir.

Qusarda leysan: 3 ev dağılıb

  • 17 Sentyabr 2015
  • comments

Prezident: “Əmr versəm, bütün xarici borcumuzu bir...

  • 18 Sentyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0
comments
Xəbər

Avro haradan haraya gəlib?

GLOBALS:0
comments
Xəbər

2026-cı ilin ilkin büdcəsi

GLOBALS:0
comments
Xəbər

Xarici ticarət statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

Son materiallar

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0
comments
Xəbər

Avro haradan haraya gəlib?

GLOBALS:0
comments
Xəbər

2026-cı ilin ilkin büdcəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda