Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş “yerli özünüidarə orqanlarına seçkilər”lə bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də keçirilmiş “yerli özünüidarə orqanlarına seçkilər”in konstitusiya və hüquqi çərçivəsinin Çexiya tərəfindən tanınmadığı diqqətə çatdırılır. Rəsmi Praqanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsini dəstəklədiyi bildirilir.
AZƏRTAC