• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hakim partiyanın namizəd vermədiyi dairələrdən kimlər deputatdır?

  • 16 Sentyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Hakim Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkisinə 117 namizədlə qatılır. Hazırda 125 yerlik parlamentdə 66 mandatla təmsil olunan partiya onların 53-nü yenidən namizəd göstərib. 13 deputat YAP-ın siyahısından kənar qalıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında hakim partiyanın 8 seçki dairəsindən Milli Məclisə namizəd irəli sürməməsinə belə aydınlıq gətirib: “Həmin dairələrdən birində — Xankəndidə YAP-ın təşkilatı yoxdur. Digər 7 dairədə isə oradan namizədliklərini irəli sürmüş tanınmış şəxslərə, ziyalılara hörmət əlaməti olaraq  alternativ namizəd vermək istəmədik”.

Hazırda 122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımovadır. O bitərəfdir, 2005-ci ildən Milli Məclisin üzvüdür.

Transparency.az YAP-ın namizəd vermədiyi digər dairələrdən hazırda deputat olan şəxslərin siyahısını təqdim edir:

3 saylı Babək-Kəngərli seçki dairəsi — Səttar Möhbalıyev, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, bitərəf, 2000-ci ildən Milli Məclisin üzvü

7 saylı Ordubad-Culfa seçki dairəsi — Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, 2003-cü ildən Milli Məclisin üzvü

50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi — Zeynəb Xanlarova, müğənni, bitərəf, 1995-ci ildən Milli Məclisin üzvü

60 saylı Salyan-Neftçala seçki dairəsi — Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri, 1996-cı ildən Milli Məclisin üzvü

66 saylı Biləsuvar seçki dairəsi: Xanhüseyn Kazımlı, Sosial Rifah Partiyasının sədri, 1999-cu ildən Milli Məclisin üzvü

93 saylı Bərdə şəhər seçki dairəsi: Zahid Oruc, bitərəf, 2000-ci ildən Milli Məclisin üzvü

116 saylı Qəbələ seçki dairəsi: Fəttah Heydərov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, bitərəf, 1995-ci ildən Milli Məclisin üzvü.

Azərbaycan oktyabrın 25-də qış vaxtına keçəcək

  • 16 Sentyabr 2015
  • comments

“Ultra HD” televizoru bazarı tutur

  • 16 Sentyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda