Alman dizayneri Filipp Şmitt “Camera Restricta” adlı fotokamera yaradıb. Novator.az xəbər verir ki, yeni fotokamera fotoqrafı yalnız orijinal şəkillər çəkməyə məcbur edir.
Yeni qurğu – smartfon və “ATTiny85” adlanan mikrosxem sayəsində yaradılıb. Bu sxemin dinamikası, GPS-ölçü cihazı, tətikli düyməsi, optik sensoru, sürgü mühərriki, antenası var və onlar fotoaparatın korpusuna yerləşdirilib.
Kameranı idarə edən, qurğu və displey rolunu oynayan smartfona isə dizaynerin öz əli ilə hazırladığı əlavə quraşdırılıb.
Qurğu fotoqrafın hansısa yerdə həddindən artıq şəkil çəkdiyini hesab edirsə, ona daha şəkil çəkməyə imkan vermir. Kamera həm də qanunla qadağa qoyulmuş yerlərdə şəkil çəkməyi yasaqlaya bilir.