• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Aztelekom”dan yenilik: ev telefonu dünyanın hər yerinə daşınacaq

  • 11 Sentyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Aztelekom” MMC-də yeni “Aztelphone” xidmətinin təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov bildirib ki, “Aztelekom” MMC stasionar rabitə tarixində bir ilkə imza atıb. Yeni yaradılan və analoqu olmayan “Aztelphone”  xidməti vasitəsilə Bakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər.

“Aztelekom”un şöbə müdiri Ədalət Abbasov bildirib: “Azərbaycan vətəndaşları xaricə gedərkən, rabitədən istifadə etmək üçün məcburdurlar ki, rouminq xidmətinə keçsinlər. Bu da abunəçilərə əlavə xərclər bahasına başa gəlir. Bu xidmətin yaradılmasında da əsas məqsəd xaricdə olarkən abunəçilərin az pulla çox danışmasını təmin etməkdir”.

Şöbə müdirinin sözlərinə görə, “Aztelphone” xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə (smartfon mobil telefonuna, kompüterə, planşetə və s.) yükləməklə, daşınan telefon nömrəsində “zənglərin şərtsiz yönləndirməsi” servisini aktivləşdirib, istər ölkədə, istərsə də xaricdə internet şəbəkəsi olan hər hansı ərazidə daxil olan zəngləri qəbul etmək və yaxud bu nömrədən istənilən istiqamətlərə zəng etmək imkanına malik olur. Bu zaman lokal şəbəkədəki mənzil və ya xidməti telefonlarında olduğu kimi, daşınan nömrədə də istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır.

Mobil operatorların rouminq xidmətindən fərqli olaraq “Aztelphone” xidmətindən xarici ölkələrdə istifadə zamanı hər hansı rouminq və yaxud da bu xarakterli müqavilələrə ehtiyac yoxdur, yəni xidmət ödənişsizdir. Sadəcə, daşınan (məsələn, 346 xxxx nömrəsi) sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda internet şəbəkəsinin olması kifayət edir ki, xidmət aktivləşsin. Təbii ki, mehmanxana və s. yerlərdə də internet xidməti pulsuz olduğundan əlavə internet haqqının da ödənilməsinə ehtiyac qalmır.

Xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilərlər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon, planşet və ya kompüter) yazılan “Aztelphone” proqramı vasitəsilə daşınır.

Abunəçi ölkə xaricində və ölkənin istənilən bölgəsində olduqda da ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər indiyədək tətbiq edilən mövcud tariflərə uyğun hesablanır. Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Eyni zamanda, Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə bir dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu “Aztelphone” xidmətinə yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq.

Bir daha xatırladaq ki, bu xidmətə bütün  sabit telefon şəbəkə abunəçiləri qoşula biləcək və xidmətdən bütün növ smartfon istifadəçiləri də yararlanacaqlar.

Xidmətin aylıq abunə haqqı isə 20 manatdır.

Daha ətraflı məlumat almaq 344 00 00 (daxili 305 və ya 280)-ə üçün zəng edə bilərsiniz.

Məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.

Adamlar smartfona gündə neçə dəfə baxır?

  • 11 Sentyabr 2015
  • comments

“İntel”: “Parolları unudun!”

  • 11 Sentyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda