“İnstagram” sosial şəbəkəsi sentyabrın 2-də “Direct” ismarışlar funksiyasına dəyişiklik edib.
Novator.az xəbər verir ki, bu dəyişiklik nəticəsində “İnstagram” istifadəçisi bir və bir neçə digər istifadəçi ilə vizual ünsiyyət yarada biləcək. Onlar bir-birilərinə mətn, foto və ya video ilə cavab verə biləcəklər.
“İnstagram”ın 2013-cü ilin sonunda buraxdığı “Direct” funksiyasından hər ay istifadəçilərin üçdə birinə yaxın hissəsi – 85 milyon nəfər istifadə edir.