“Akamai Technologies” şirkəti internetin sürəti ilə bağlı ölkələrin reytinqini açıqlayıb. Reytinq cədvəli 2014-cü ilin sonuncu rübünə olan məlumatlar əsasında hazırlanıb.
Reytinq cədvəlində Cənubi Koreya birinci yeri tutur. Burada internetin orta sürəti 22,2 Mbit/saniyədir.
İkinci yerdə Honkonq gəlir. Bu ölkədə internetin orta sürəti 16,8 Mbit/saniyədir.
Üçüncü yerdə Yaponiya (orta sürət 15,2 Mbit/saniyə), dördüncü yerdə İsveç (14,6 Mbit/saniyə), beşinci yerdə İsveçrə (15,2 Mbit/saniyə), altıncı yerdə Niderland (14,2 Mbit/saniyə), yeddinci yerdə Latviya (13 Mbit/saniyə), səkkizinci yerdə İrlandiya (12,3 Mbit/saniyə), doqquzuncu yerdə Çexiya (12,3 Mbit/saniyə), onuncu yerdə Finlandiya (12,1 Mbit/saniyə) gəlir.
2014-cü ilin sonunda ABŞ-da internetin sürəti 11,1 Mbit/saniyə, Böyük Britaniyada 10,9 Mbit/saniyə, Kanadada 10,7 Mbit/saniyə, Almaniyada 8,8 Mbit/saniyə, Fransada 7,1 Mbit/saniyə olub.
Məlumatı Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xaici mediaya istinadla yayıb.