“Xerox PARC” şirkəti səhiyyə sahəsində üzərində çalışdığı texnologiyaları açıqlayıb.
Novator.az bildirir ki, “Xerox PARC”ın üzərində çalışdığı texnologiyalardan ən diqqət çəkəni ağıllı tibb çipləridir.
Xəstənin bədəninə sarğı kimi asanlıqla yapışdırılan kiçik ölçüklü çiplər ürək döyüntüsünün, qan təzyiqinin vəziyyətinə, şəkərin miqdarına nəzarət edəcək, insanın səhhətindəki dəyişikliklər haqda dərhal məlumat alaraq tədbir görülməsini təmin edəcək. Bundan başqa, çiplər vasitəsilə uzaq məsafədən xəstənin bədəninə dərmanlar yeridiləcək.
Ağıllı tibb çipləri həm xəstələrin, həm də həkimlərin işini asanlaşdıracaq. Məsələn, cihaz həkimlərə ürəyində ritm pozuntusu olan xəstənin vəziyyətini uzaqdan izləməyə, uzaq məsafədən xəstənin elektrokardioqrammasını çıxarmağa imkan verəcək.
Yaxud çiplər şəkər xəstəsinin qanında şəkərin miqdarını müəyyən edəcək, ehtiyac yaranarsa , avtomatik olaraq xəstənin bədəninə insulin yeridəcək.
“Xerox PARC” hazırda təkmilləşmə mərhələsində olan bu texnologiyanı yaxın gələcəkdə istifadəyə verməyi planlaşdırılır.