“Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayı bir milyarda çatıb.
Novator.az xəbər verir ki, bunu sosial şəbəkənin yaradıcısı Mark Suxerberq avqustun 28-də öz səhifəsində yazıb.
Suxerberq bildirib ki, sosial şəbəkələr arasında ilk dəfədir belə bir nailiyyət əldə olunur.
2013-cü ilin avqustunda Suxerberq “Internet.org” fondunu yaradıb. Bu fonda “Ericsson”, “Nokia”, “Samsung”, “Opera Software”, “Qualcomm” və digər şirkətlər daxildir. Fondun əsas məqsədi bütün dünya üzrə 5 milyard adama pulsuz internet verməkdir.
“Facebook” tərəfdaşlarının köməyilə internetə qoşulma haqqını 100 dəfə azaltmağı da planlaşdırır.