Sosial
Dollar: rəsmi qiymət rekordu təzələdi
ABŞ dollarının rəsmi kursu illik maksimumu ötüb. 2016-cı ildə dolların ən yüksək rəsmi qiyməti martın 11-də qeydə alınmışdı: 1,6456 manat. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank noyabrın 2-də məzənnəni 1,649 manata qaldırmaqla illik rekordu təzələyib. Ötən ayın 28-dən 1 dollar 1,6381 manata tək...
Minimum əməkhaqqı yaşayışın dalınca sürünür
İqtisadçı ekspert Rövşən Ağayev minimum əməkhaqqının və yaşayış minimumunun müəyyən edilməsi ilə bağlı hüquqi mexanizmləri dəyişməyi təklif edir. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Əmək Məcəlləsində minimum əməkhaqqını əmək qabiliyyətli əhali üçün təsdiqlənən yaşayış minimumuna bağlaya...
Silahlı Qüvvələrə Yardım Fondunun nə qədər vəsaiti var?
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 2016-cı ilin 10 ayında daxil olan vəsaitin məbləği barədə məlumat yayıb. Hesabata görə, 1 noyabr 2016-cı ilədək fonda 77,5 milyon manat, 212,3 min ABŞ dolları, 4,7 min avro və 5 min rubl yığılıb. Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılm...
Neft Fondu hərraclarda satdığı vəsaitin məbləğini açıqlayıb
Dövlət Neft Fondu oktyabr ayında valyuta hərraclarında 371 milyon ABŞ dolları məbləğində vəsait satıb. Hesabatı fondun ictimaiyyətlə əlaqələr şöbəsi noyabrın 1-də açıqlayıb. Oktyabrın 5-dən Mərkəzi Bank valyuta hərracında yeni qayda tətbiq edir. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki is...
Tikintiyə 45 milyard manat, təhsilə 11,8 milyard manat…
Axır 10 ildə tikintiyə 45 milyard manata qədər dövlət vəsaiti xərclənib. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu belə hesablama təqdim edib. Ekspert yazır ki, 10 ildə tikintiyə yönələn vəsait təhsilə, səhiyyəyə, idarəetmə aparatının saxlanmasına, elmə, sosial müdafiə və təminata birl...
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi hesabat yayıb
Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il 70 nəfəri yardımlarla təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, onların 50 nəfəri DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yönləndirdiyi insan alveri qurbanları, 20 nəfəri qeyri-hökumə...
Strateji Yol Xəritəsindən təzə xəbər var
Prezident İlham Əliyevin 16 mart 2016-cı il sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd müvafiq işçi qrupunun rəhbərliyi altında yekunlaşıb. AZƏRTAC-ın məlumatına görə, İqtisadi İslahatların Təhlil...
Azərbaycan nefti 2,38 dollar ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti düşüb. AZƏRTAC-ın 1 noyabr məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 2,38 dollar ucuzlaşaraq 48,85 dollara satılır. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,84 dollar ucuzlaşaraq 46,86 dollar, London birjasında “Brent” markalı neftin bir...
Dollar noyabra köhnə qiymətlə adlayıb
Noyabrın 1-də ABŞ dollarının rəsmi kursu yenə sabit qalıb. Novator.az-ın məlumatına görə, 1 dollar 1,6381 manata təklif olunur. Bu kurs ötən ayın 28-dən qüvvədədir. Avro və Rusiya rublu isə ucuzlaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1,7967 manatdan 1,7959 manata, rublun kursunu 0,026 manatdan 0,025...
Əlilliyi olan 501 şəxs iş yeri ilə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası ilə bağlı hesabat yayıb. Hesabata görə, Dövlət Məşğulluq Xidmətinin tədbirləri nəticəsində bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 501 şəxs münasib iş yerləri ilə təmin olunub. 158 nəfərin sosial ...
Valyutaların məzənnəsi necə dəyişib?
Mərkəzi Bank oktyabrın 31-də ABŞ dollarının rəsmi kursunu dəyişməyib. Dollar ötən həftənin son iş günündə olduğu kimi 1,6381 manata satılır. Avro və Rusiya rublunda isə yenilik qeydə alınıb. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 1,7863 manatdan 1,7967 manata qalxıb, rublun kursu 0,0...
Yeni rəqəmlər, yeni kreditlər
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 28-i Xəzər rayonunun Mərdəkan qəsəbəsində işgüzar forum keçirib. 100-ə yaxın sahibkarın qatıldığı forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2016-ci ildə ölkə üzrə 1876 sahibkarl...
Nazirlik əlillərlə bağlı 9 aylıq hesabat yayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvar-sentyabr aylarında 6381 nəfəri əlillərin bərpa-müalicə müəssisələrində bərpa-müalicə xidmətləri ilə təmin edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faizədək çoxdur. Rəsmi hesabata görə, 9 ayda nazirliyin Protez-Ortopedik Bərpa Mərk...
Məzənnələr qalxıb
Oktyabrın 28-də Mərkəzi Bank əksər xarici valyutanı bahalaşdırıb. Novator.az-ın məlumatına görə, ABŞ dollarının rəsmi kursu 1,6291 manatdan 1,6381 manata, avro 1,7753 manatdan 1,7863 manata, Rusiya rublu 0,0259 manatdan 0,0261 manata qalxıb. Gürcü larisi, 0,6825 manata, ingilis funt sterlinqi 1,9947...
Dollarda sabitlik
Mərkəzi Bank oktyabrın 27-də ABŞ dollarının kursunu dəyişməz saxlayaraq 1,6291 manata təklif edir. Avro və Rusiya rublunda isə yenilik var. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 1,7737 manatdan 1,7753 manata yüksəlib, rublun kursu 0,0262 manatdan 0,0259 manata enib (Məzənnələr). 201...
Dövlət qurumlarının internet resursları monitorinq olunub
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi dövlət qurumlarının internet resurslarının monitorinqinə əsaslanan informasiya açıqlığı hesabatı yayıb. Bu ilin iyun-oktyabr aylarında aparılan monitorinqlər zamanı 70 mərkəzi icra hakimiyyəti orqanı və 68 yerli icra hakimiyyəti orqanını...
Daşınmaz əmlaka dair çıxarış: sənədlərin siyahısı açıqlanıb
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsi yenilik tətbiq edib: vətəndaşlara məxsus daşınmaz əmlaka dair çıxarış üçün tələb olunan sənədlərin siyahısı verilən link yaradılıb. Linkdə mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirin...
Dollar, avro və rubl bahalaşıb
Oktyabrın 26-da Mərkəzi Bank xarici valyutaların məzənnəsini qaldırıb. Yalnız gürcü larisi ucuzlaşıb, daha bir neçə valyutanın kursu sabit qalıb. Novator.az-ın məlumatına görə, ABŞ dolları 1,6151 manatdan 1,6291 manata, avro 1,7638 manatdan 1,7737 manata, Rusiya rublu 0,0261 manatdan 0,0262 manata b...
Biznes mühiti: Azərbaycan 190 ölkə arasında 65-cidir
İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, oktyabrın 25-də Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatını açıqlayıb. Azərbaycan hesabatda 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. “Xar...
“Biz neftin qiymətlərini unutmaq əzmindəyik”
AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 25-i Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumundakı çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur: “Regionumuzdakı dövlətlərə milyard...