Din
Gözləməklə keçən ömür
Dino Bussatinin “Tatar çölü” romanı haqqında Fəxri Uğurlu Əslində, bu romanın adı “Tartari səhrası” kimi tərcümə olunmalıdır. Əski Avropanın xəritələrində, coğrafi əsərlərində Xəzərdən şərqə doğru nəhəng əraziləri, Türküstandan Sibirə qədər uzanan çölləri, səhraları Tartari (yaxud Tartariya, rus var...
Dini komitədə yeni sədr
Aprelin 8-də sərəncam imzalayan prezident İlham Əliyev Ramin Ələmşah oğlu Məmmədovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib. Novator.az bildirir ki, Ramin Məmmədov 1979-cu il fevralın 17-də Mardakert (Ağdərə) şəhərində doğulub. Bakı Dövlət Universitetinin məzunu, beynəlxalq hüquq...
Puç ömrün aqibəti
Lev Nikolayeviç Tolstoyun “İvan İliçin ölümü” povesti haqqında Fəxri Uğurlu 1869-cu ildə Lev Tolstoy yeni mülk almaq üçün Penza quberniyasına səfərə çıxdı. Axşamların birində yolunun üstündəki Arzamas adlı əyalət şəhərinin mehmanxanasına düşən yazıçı gecə qaldığı otaqda bərk sarsıntı, dərin nevroz k...
Kir götürməyən ruhun gücü
Çarlz Dikkensin “Oliver Tvistin macəraları” romanı haqqında Fəxri Uğurlu Ədəbiyyatın gücünü ölçən cihaz olsaydı, o, dünya romançılığına təsiri baxımından tək-tək qələm adamından geri qalardı. Zahirən sosial macəralar ustasına, uşaqlar üçün əyləncəli kitablar yazan müəllifə bənzəsə də, Dikkens adı Hü...
Panteizm tanrısının xəstəlikləri
Hamsunun “Pan” romanı, adından da göründüyü kimi, başdan-ayağa panteizm saplarıyla toxunub. Sivilizasiyadan, saxta şəhər mühitindən qaçan leytenant Qlan meşədə bir daxmaya çəkilib ovçuluğa qurşanır, bitkilərlə, heyvanlarla qohumlaşır, lal-kar təbiətlə doğmalaşır, meylini meşəyə salır. İnsanlarla mün...
Yazıçının tutmayan fəlsəfi calağı
Herman Hessenin hind poeması – “Siddhartha” romanı haqqında Fəxri Uğurlu Oxucuya əvvəl elə gəlir ki, müəllif bu əsərdə Buddanın ömür yolunu qələmə alıb. Oxuduqca görürsən, yox, Siddhartha böyük müəllim Qautama Şakyamuninin özü deyil, adaşıdır, onunla bir dövrdə yaşamış əkiztayı, oxşarıdır. Bu baxımd...
Uçmaq istəyən balıq
Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı haqqında Fəxri Uğurlu Selincerin tərcüməyə çətin gələn dünya şöhrətli əsərlərini dilimizə uğurla çevirmiş Tehran Vəliyevin ruhu şad olsun! Folkner çağdaşlarına tərif deməkdə xəsis idi, söhbətlərində daha çox bəyəndiyi, dönə-dönə oxuduğu k...
Məbəddən emalatxanaya
Povestdə meşə, təbiət həyatın baş qəhrəmanı kimi təqdim olunur. İnsanlara elə gəlir meşə onların mülküdür, onu istədikləri kimi alıb-sata bilərlər, ancaq əslində insan təbiətin yox, təbiət insanın yiyəsidir. Meşə anasına güllə atan hər kəsi analıqdan məhrum eləyir. Ovçu gərək, Vaqif Səmədoğlu demiş,...
Adsız məzara işləyən tarix
Viktor Hüqonun “Səfillər” roman-epopeyası haqqında Fəxri Uğurlu Lev Tolstoy bu əsəri on doqquzuncu əsrin başlıca romanı saydığını demişdi, “Hərb və sülh”ün formasını da məhz ondan təsirlənib tapmışdı, üstəlik, Hüqonu Dikkenslə bir sırada “dini ruhu olan yazıçı” adlandırmışdı. Dostoyevski “Səfillər”d...
Qırmızı qanın qara fəsadları
Stendalın “Qırmızı və qara” romanı haqqında Fəxri Uğurlu Yeni romanın banisi Stendaldır. Avropada psixoloji roman janrının bünövrəsi onun yaratdığı “Qırmızı və qara” əsəriylə qoyulub. Ancaq Şekspir siqlətli bir yazıçının sağlığında qədri-qiyməti bilinməyib. Çox təəssüf ki, əksər dahilərin, banilər...
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Aligyeri Dantenin “İlahi komediya” dini-mistik poeması haqqında Fəxri Uğurlu Bu ölməz alleqoriyanı xristianların müqəddəs kitabının təfsiri də saymaq olar. Hərçənd o müqəddəs kitabın heç bir bölümündə, fəslində cəhənnəmin, ərafın, ya cənnətin belə “dəqiq”, təfərrüatlı, təfsilatlı təsviri verilməyib....
Qəm-qüssə, kədər şairi
Mahir N.Qarayevin şeirlər toplusu barədə düşüncələr Zərdüşt Əlizadə Həyat rəngarəng və əsrarəngizdir, insan sevinc və nikbinlik, kədər və bədbinlik üçün səbəbi eyni asanlıqla tapa bilir, bu, onun özünün istəyindən asılıdır. İnsan var heç cür və heç nəyə sevinə bilmir, daim hüzn içindədir, insan va...
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
İohann Volfqanq Hötenin “Faust” dramatik poeması haqqında Fəxri Uğurlu Özünün şah əsəri üzərində işə başlayanda Höte iyirmi yaşını yenicə adlamışdı. Əsəri başa çatdıranda isə müəllifin ölümünə bir il qalırdı. Bu minvalla Hötenin poeması fasilələrlə aşağı-yuxarı altmış ilə yazılmışdı. Əsərin janrı ha...
Kollektiv təhtəlşüurun elçisi
Karl Qustav Yunqun analitik psixologiya təlimi haqqında bir neçə abzas Fəxri Uğurlu 1907-ci ilin fevralında Freydlə görüşmək üçün Vyanaya gedəndə Karl Qustav Yunqun 32, Ziqmund Freydin 51 yaşı vardı. Buna qədər onlar qiyabi tanış idilər. Freydin dəvətiylə günorta baş tutan ilk görüş zamanı onların s...
Qadınlar haqqında haqsız mühakimə yürüdən kişilərə
Xuana İnes de la Krus 1651-ci ildə Mexiko yaxınlığındakı Nepantla kəndində doğulub. Valideynləri rəsmi nikahda olmadığından qeydiyyata “Kilsə uşağı” kimi düşən Xuana oxumağı çox erkən yaşlardan öyrənib. Qeyri-adi yaddaşa, xüsusi istedad və qabiliyyətə malik qızcığaz qısa müddətdə latın dilini öyrənə...
Traktat dilində poeziya
Ziqmund Freydin psixoanaliz təlimi haqqında bir neçə kəlmə Fəxri Uğurlu Müəllifini unutduğum bir fikir var, deyirdi ki, iyirminci əsrin taleyini üç yəhudi müəyyənləşdirib: siyasətdə – Karl Marks, elmdə – Albert Eynşteyn, incəsənətdə – Ziqmund Freyd. Xeyli şişirdilmiş olsa da, bu fikirdə gerçək payı ...
İman cəngavəri, əxlaq zadəganı
Migel de Servantesin “Lamançlı Don Kixot” romanı haqqında Fəxri Uğurlu Bütün dünyada bundan dərin, bundan güclü əsər yoxdur. Bu, hələlik insan fikrinin ən son, ən böyük sözüdür, bu, insanın ifadə eləyə biləcəyi ən acı bir istehzadır. Bir gün yerdə məhşər qopsa, bəşəriyyət Allahın qarşısında hesabat ...
Bir sülalənin intiharı
Vilyam Şekspirin “Hamlet” faciəsi haqqında Fəxri Uğurlu Zamanın bağı qırılıb. Dünənlə bugünün, bugünlə sabahın arasında əlaqə itib. Günlər təsbeh dənələri kimi dörd bir yana səpələnib. Xaos dumanı kainatı bürüyüb, bu dumanda nə keçmiş görünür, nə də gələcək. Hamlet məhz belə şəraitdə, belə bir zəmin...
Ağıldan müdrik gözəllik
Tomas Mannın “Venesiyada ölüm” novellası haqqında Fəxri Uğurlu Prussiya kralı Fridrixin həyatından bəhs eləyən “Mayya” adlı romanın, “Ruh və incəsənət” adlı sanballı traktatın, bir sıra başqa şöhrətli əsərin müəllifi Qustav Aşenbax dincəlmək üçün İtaliyanın Venesiya şəhərinə yollanır. Burada o, Lido...
Qaranlıq fələyin hökmü altında
Frans Kafkanın “Məhkəmə” romanı haqqında Fəxri Uğurlu Bu romanı dilimizə orijinaldan çevirmiş böyük Vilayət Hacıyevin əziz xatirəsinə Otuz yaşının tamam olduğu gün səhər tezdən bank işçisi Yozef K.-nın yataq otağına qara paltarlı bir cüt naməlum şəxs dürtülüb ona həbsinə qərar verildiyini elan eləy...