Xəbər
Səkkiz aylıq makroiqtisadi göstəricilər
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları...
Yeni icra başçıları təyin edilib
Sentyabrın 14-də prezident İlham Əliyev Rafiq Əsgər oğlu Cəlilovu Cəlilabad rayonunun, Rəşad Ənvər oğlu Tağıyevi Şəmkir rayonunun icra hakimiyyətinin başçısı təyin edib. Rafiq Cəlilov bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb. R...
Siyasətçi mobil rabitə operatorlarına təklif verir
Müxalif siyasətçi Tofiq Yaqublu Azərbaycanın mobil rabitə operatorlarının müştərilərə xidmətindəki bir nüansa diqqət çəkib. Azərbaycanda dörd mobil rabitə şirkəti var: “Bakcell”, “Azercell”, “Azerfon”, “Naxtel”. Novator.az-ın məlumatına görə, Tofiq Yaqublu yazır ki, müştəri mobil rabitə operatorunda...
14 sentyabr qiyməti
Energetika Nazirliyinin 14 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 73,98 dollara satılır. Bu, büdcə qiymətindən 33,98 dollar yuxarı qiymətdir. Novator.az bildirir ki, Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” ya...
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Sentyabrın 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində məhbus dövlət xadimi Eldar Həsənovun cinayət işi üzrə proses yarımçıq qalıb. Meydan.tv iclasın bəzi detallarını yayıb. İclasda Eldar Həsənov məhkəmə iclaslarının həftədə iki dəfə yox, bir dəfə keçirilməsini xahiş edib, səhhətindəki problemlərin həftə...
Diasporla İş üzrə Dövlət Komitəsində yeni təyinat
Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. Əmr sentyabrın 7-də imzalanıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Vəsilə Vahidqızı 1992-ci ildən Azərbaycan Televiziyasında, 2002-ci ildən “İnt...
Norveç sağ əldən çıxır
Norveçdə sentyabrın 13-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, müxalif sol mərkəzçi koalisiya önə çıxaraq 169 yerlik parlamentdə 104 mandat əldə edir. Bu, 8 ildir baş nazir postunu tutan Mühafizəkar Partiyanın lideri Erna Solberqin hakimiyyətinin...
Navalnı iki qurumu məhkəməyə verib
Rusiyalı məhbus müxalif lider, ölkədə fəaliyyəti qadağan edilmiş Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı Baş Prokurorluğu, habelə rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidməti – “Roskomnadzor”u məhkəməyə verib. Novator.az sa...
Vəsaitdən istifadə qaydası təsdiqlənib
Nazirlər Kabineti dövlət orqanlarına tabe qurumların işlər görməsi və xidmətlər göstərməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə qaydasını təsdiqləyib. Sənədə görə, qurum əldə etdiyi vəsaitdən vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qal...
Xankəndidə hərbi toplantı
İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan sentyabrın 13-ü Xankəndidə hərbi toplantı keçirərək yeni “ordu komandanı” Kamo Vardanyanı təqdim edib. Novator.az bildirir ki, sentyabrın 11-də Mikael Arzumanyanı əvəzləyən 1966-cı il təvəllüdlü general-mayor Kamo Vardanyan işğalçı orduda 1 fe...
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Bakı Ağır Cinayətlər Məhkəməsi məhbus dövlət xadimi Eldar Həsənovun cinayət işi üzrə prosesi davam etdirir. APA-nın məlumatına görə, 13 sentyabr iclasında çıxış edən vəkil Cəlil Mirzəyev məhkəmə baxışının həftədə bir dəfə keçirilməsi barədə vəsatət qaldırıb. Eldar Həsənov səhhətində problemlər yaran...
Sabiq icra başçısı koronavirusa yoluxub?
Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus iş adamı Saleh Rüstəmovun koronavirus infeksiyasına yoluxduğu iddia olunur. AXCP sədri Əli Kərimli məhbusun həyat yoldaşına istinadla yazır ki, Saleh Rüstəmovun yüksək hərarəti var, o, iy və dad bilmir, ancaq koronavirus testindən keçirilməyib,...
İqtisadiyyatda nə qədər artım var?
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 54 milyard 730,2 milyon manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin 1,2 faiz azaldığı, qeyri ...
Avropa Məhkəməsindən Tural Abbaslı qərarı gəlir
Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 16-da azərbaycanlı siyasətçi Tural Abbaslının şikayəti üzrə qərarını elan edəcək. Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Tural Abbaslı 2000-2016-cı illərdə Müsavat Partiyasının üzvü olub. 2016-cı ildə o, dövlət qeydiyyatlı Vahid Azərbaycan Partiyası...
REAL yeni sayt yaradıb, təkliflər gözləyir
Respublikaçı Alternativ Partiyası yeni sayt yaradıb: Realplatforma.org. Novator.az-ın məlumatına görə, partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır ki, platforma sənədləri, seçki tezisləri, qanun layihələrinin yer alacağı saytda istifadəçilərə irad, təklif və düzəlişlər bildirmək imkanı ve...
Kabinetin dərs və tətil qərarı
Nazirlər Kabineti 2021-2022-ci tədris ili üzrə qərar verib. Novator.az bildirir ki, qərara görə, ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində əyani təhsil oktyabrın 1-dən; ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə sentyabrın 22-dən; ümumi təhsil pilləsinin ümumi orta və tam orta ...
Yoluxma, ölüm, peyvəndlənmə
Rəsmi hesabata görə, 2021-ci il sentyabrın 13-dək Azərbaycanda 460092 nəfər koronavirus infeksiyasına yoluxub, onların 6103-ü vəfat edib. Novator.az bildirir ki, ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, il 218700 yoluxma, 2641 ölümlə bitib. 2021-ci ilin statistikası belədir: yanvar...
Alqış Həsənoğlu baş redaktorluğa qayıtdı
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın qəzeti “Yeni Azərbaycan”a yeni baş redaktor təyin olunub: Alqış Həsənoğlu (Musayev). Əvvəlki baş redaktor, parlament üzvü Hikmət Babaoğlu (Məmmədov) partiyanın Mərkəzi Aparatı ilə Milli Məclisdəki deputat...
Hasilat açıqlaması
Energetika Nazirliyinin hesabatına görə, 2021-ci ilin avqust ayında Azərbaycanın gündəlik xam neft hasilatı 596,1 min barrel olub. Gündəlik hasilat yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel, iyulda 606 min barrel g...
Pensiya artımı: ilkin rəqəm bilinir
Azərbaycanda əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Pensiyanın sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesa...