“Bu qələbəni qazanan əsgər və zabitlərimizdir”
Noyabrın 11-də Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşən prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev çıxışında Vətən müharibəsinin başa çatdığını deyib: “Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları ...
Qaziləri ziyarət
AZƏRTAC xəbər verir ki, noyabrın 11-də prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Hərbçilər Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın 9-dək Qarabağda keçirdiyi əmə...
Rusun iti, Putinin bülbülü və sair
Vahid Qazi Putinin bülbülü – Rusiya dövlətinin insan simasında təcəssümü Vladimir Solovyov dünənki verilişində bir söz işlətdi. Ondan aşağıda danışacam, hələliksə başqa demək istədiklərim var. Ordumuz hərb tariximizin qızıl səhifəsini yazdı. Məşhur “Mannerheym xətti”nə tay tutulan “Ohanyan xətti”ni ...
CNN: Koronavirusa qarşı ən şanslı vaksin
Hazırda dünyada koronavirusa qarşı vaksinlər arasında ən uğurlu namizəddən – ABŞ-dakı “Pfizer” və Almaniyadakı “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksindən danışılır. Könüllülər üzərində sınaqlar zamanı bu vaksin 90%-dən çox effekt göstərib. Amerikalı tədqiqatçı alim, immunoloq, ...
“Qarabağ”ın “İmarət”i
Mən kiməm? Mən 1969-cu ildə Azərbaycan SSR çempionatında 2-ci yeri tutan və təmsil etdiyi bölgənin şərəfinə “Qarabağ” adlanan Ağdamın futbol komandasıyam. Sonralar bir neçə dəfə adı dəyişən, nəhayət, ciddi cəhdlərdən sonra 1988-ci ildən yenidən “Qarabağ” adını daşıyan komanda. Sovet dövründə heyətin...
İsa Qəmbərin təşkilatı nə düşünür?
Milli Strateji Düşüncə Mərkəzi (MSDM) Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanata münasibət bildirib. Novator.az-ın məlumatına görə, noyabrın 10-da aparılmış müzakirələrdən sonra yayılan rəsmi açıqlamada qeyd olunur ki, sənəd ilk növbədə qəhrəman Azərbaycan Ordusunun son həftələrdək...
Yoluxma və itki statistikası
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 219 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyası 1 milyon 279 mindən çox adamın ölümünə səbəb olub. Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın son hesabatında yoluxanların sayı 67392 nəf...
Tibb müəssisələrinin akkreditasiyası qaydası
Nazirlər Kabineti tibb müəssisələrinin akkreditasiyası qaydasını təsdiqləyib. Noyabrın 10-da dərc olunan qərarda Səhiyyə Nazirliyinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla tibb müəssisələrinin akkreditasiyasına dair tələbləri üç ay müddətində müəyyən etmək tapşırılıb. Novator...
Növbəti addımlar müzakirə olunub
Prezident İlham Əliyev noyabrın 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan dövlət başçısı deyib ki, bu, qələbədən sonra ilk görüşdür: “Bu gün səhə...
Seçki yarışından yeni nəticələr
Novator.az ABŞ-da noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsinin nəticələrinə nəzər salıb. Prezident seçkisində Demokratlar Partiyasından Cozef Bayden qalib gəlir. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 290 nümayəndə qazanaraq önə çıxıb. Prezident seçilmək üçün 270 səs kifayət edir. Respublikaçıla...
“Əl-Cəzirə”: ABŞ-da seçkinin nəticəsi nə vaxt təsdiqlənəcək?
ABŞ-da prezident seçkisi başa çatsa da, səsvermənin nəticəsi rəsmən təsdiqlənməyib. Bəs nəticə nə vaxt təsdiqlənib hüquqi qüvvəyə minəcək? “Əl-Cəzirə” kanalının internet səhifəsində bununla bağlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır....
Sülh bəyanatı necə qarşılanır?
Novator.az Qarabağ cəbhəsində müharibənin dayanmasını nəzərdə tutan razılaşmaya reaksiyaları təqdim edir. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan e...
Sülh razılaşması Ermənistanı qarışdırıb
Ermənistanın paytaxtı Yerevanda noyabrın 10-na keçən gecədən etiraz aksiyaları keçirilir. Nümayişçilər parlament binasını ələ keçiriblər və Qarabağ müharibəsinin dayanması barədə bəyanatın ləğvini tələb edirlər. 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə...
Yaxın ölkələrin itkiləri
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Son rəsmi hesabata görə, 66046 nəfər infeksiyaya yoluxub, 852 xəstə vəfat edib. Novator.az yaxın ölkələr üzrə itki sayına da nəzər salıb: İran – 38749...
Nə imzalanıb?
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Bəyanatın Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) internet səhifəsində yerləşdirilən mətninə əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonas...
Noyabrın 9-da azad olunan ərazilər
Noyabrın 9-da Azərbaycan Ordusu 71 kənd, 1 qəsəbə və 8 yüksəkliyi işğaldan azad edib. Xəbəri gün ərzində iki dəfə özünün “Tvitter” hesabında prezident, ali baş komandan İlham Əliyev açıqlayıb. İşğaldan azad olunan kənd, qəsəbə və yüksəkliklərin siyahısı belədir: Füzuli rayonunun Qobu Dilağarda, Yal ...
Saxta “şəhid siyahısı”nı ifşa edirik
Emin Hüseynzadə Qarabağ döyüşləri başlanan gündən Azərbaycan dilində saxta xəbərlərin sayı sürətlə artıb. Əksər saxta məlumat bazaları eyni prinsiplə işləyir. Məsələn, saxta məlumat bazalarından biri – Hamimiz.com saytına baxaq. Açan kimi yanıqlı və ürək ağrıdan kəlmələrlə dolu yazı və Azərbay...
Hikmət Sabiroğlunun gözləri
Oqtay Qorçu Görüşəcəyik… Görəndə nə deyəcəm, nə söyləyəcəm?.. Dinməz-söyləməz Hikmət Sabiroğlunun gözlərinə baxacam, başqa nə edə bilərəm axı, bircə “Şuşa” pıçıldamağa gücüm çatar, bağırmağa heyim də qalmayıb. Şuşa əsirlikdən qurtuldu. Azərbaycan Ordusu Şuşanı Qarabağa qaytardı, qa...
Xoşbəxt Şuşa sonluğu
Səidə Hüseynova Mən heç vaxt Şuşada olmamışam. Amma həm də görmüşəm Şuşanı… Şuşanın adı gələndə 20 ildən çoxdur tanıdığım iş yoldaşım, redaktorum Hikmət Sabiroğlu yadıma düşür. Mən Şuşaya onun gözləriylə baxıram, illərdir onun Şuşa həsrətinin canlı şahidiyəm. Şuşanın adı çəkiləndə, bir şəkli üzə çıx...
Xalqa müraciət, 8 noyabr 2020-ci il
Noyabrın 8-də prezident, ali baş komandan İlham Əliyev paytaxtdakı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Novator.az saytı AZƏRTAC-a istinadla müraciətin videosunu və mətnini təqdim edir. – Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edi...