2025-ci il aprelin 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 233 min 142 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-mart aylarında 22119 doğum, 14172 ölüm, 11206 nikah, 4765 boşanma, daimi yaşamaq üçün 773 nəfər gələn, 467 nəfər gedən qeydə alınıb.
Rəsmi məlumata görə, 2024-cü ilin ilk rübünə nəzərən doğum 9,3 faiz, ölüm halları 9,7 faiz, boşanmalar 5 faiz azalıb, nikahlar 10 faiz artıb, hər 1000 nəfərə 8,8 doğum, 5,6 ölüm, 4,4 nikah, 1,9 boşanma düşüb.