Numan Kurtulmuş parlament sədri seçildi
İyunun 7-də Türkiyənin yeni parlamentinə sədr seçkisi keçirilib. Novator.az-ın məlumatına görə, gizli səsvermənin üçüncü turunda Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının ortaq namizədi Numan Kurtulmuş 321 səslə qalib gəlib. 1959-cu il təvəllüdlü Numan Kurtulmuş Ədalət və İnki...
Türkiyə parlamentində mandat bölgüsü
Türkiyə Böyük Millət Məclisi partiyaların mandat bölgüsünü açıqlayıb. Novator.az bildirir ki, mayın 14-də seçilmiş 600 nəfərlik parlamentdə Ədalət və İnkişaf Partiyası 267 mandatla göstərilir. Cümhuriyyət Xalq Partiyasının 130, Yaşıllar və Sol Gələcək Partiyasının 57, Milliyyətçi Hərəkat Partiyasını...
Şövkət Mirziyayevin üç rəqibi var
İyunun 7-si Özbəkistanda növbədənkənar prezident seçkisinin təşviqat kampaniyası başlayıb. Novator.az bildirir ki, iyulun 9-na təyin olunmuş seçkidə dörd iddiaçı yer alır: dövlət başçısı, Liberal Demokrat Partiyasının namizədi Şövkət Mirziyayev, Xalq Demokrat Partiyasının namizədi Uluqbəy İnayətov, ...
Zamin Salayev təcridxanaya qaytarılıb
Məhbus cəbhəçi Zamin Salayev iyunun 6-da Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına qaytarılıb. Novator.az-a bu barədə məlumat verən vəkil Nemət Kərimli deyib ki, Zamin Salayev aclıq aksiyası müddətində 50 kiloqramadək çəki itirərək çox zəifləyib: “Ayaqlarında şişkinlik...
BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçilib
BMT Baş Məclisi iyunun 6-da Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvünü seçib: Əlcəzair, Syerra-Leone, Cənubi Koreya, Qayana, Sloveniya. Novator.az bildirir ki, bu ölkələr 2024-cü ildən Qana, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Albaniyanı əvəzləyəcək. 1945-ci ildə yaradılan BMT 193 ölkə...
“Avroviziya 2024”ə razılıq verənlər
İyunun 7-dək 14 ölkə “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyib: Almaniya, Danimarka, Finlandiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Norveç. Yarışa İsveç ev sahibliyi edəcək. Novator.az bildirir ki, ictimai teleradi...
7 iyun qiyməti
Energetika Nazirliyinin 7 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 78,56 dollara satılır. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05 dollarla başlayıb...
Ekspertdən bina replikası
İyunun 6-sı Bakının Xətai rayonunda Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binası istifadəyə verilib. 500-ə yaxın şəxsin fəaliyyəti üçün nəzərdə tutulan binada 215 otaq, Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, konfrans və iclas zalları var. Vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Samir Əliy...
Hansı partiyalar dəstədən çıxıb?
2023-cü ildə 23 siyasi partiya fəaliyyətinə son verdiyini bəyan edib: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçı...
…Hansısa cinayət işi
Məhbus ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin dostu Rail Abbasov “Turan”a açıqlama verib. O deyib ki, iyunun 6-sı səhər saat 8-dən Bakıdakı evində axtarış aparılıb, kompüter, sənədlər, mobil telefonlar götürülüb, həmçinin avtomobili axtarışa məruz qalıb. Rail Abbasovun sözlərinə görə, Bəxtiyar Hacıy...
ABŞ-da kimlər prezident olmaq istəyir? – “Nyu-York Tayms”
ABŞ-da 2024-cü ilin prezident seçkisinə qoşulanlar 11 nəfərə çatıb. Novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla bildirir ki, onların 3-ü Demokratlar Partiyasını, 8-i Respublikaçılar Partiyasını təmsil edir. 2024-cü il noyabrın 5-i prezident seçkisinin ilk raundu keçiriləcək. Həmin gün 50 şt...
Lirə enişdədir
Azərbaycan Mərkəzi Bankı iyunun 7-də 100 Türkiyə lirəsini 7 manat 59 qəpiyə satır. Ay 8 manat 19 qəpiklə start götürmüşdü. Novator.az bildirir ki, 100 Türkiyə lirəsi 2021-ci ilə 22 manat 91 qəpiklə başlayıb, ili 13 manat 29 qəpiklə yola salıb. 2022-ci il 9 manat 9 qəpiklə bitib. 2023-cü ilin siftə m...
1,7 manatın 5 il 3 ayı
Mərkəzi Bank iyunun 7-də ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb, bununla qiymət sabitliyinin 5 il 3 ayı tamam olub. 2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Manat valyuta hərraclarında qo...
Ermənistanın turizm statistikası
2023-cü ilin yanvar-may aylarında Ermənistana 806 mindən çox turist baş çəkib. Onların 52 faizi rusiyalı, 12 faizi gürcüstanlı, 6 faizi iranlıdır. İlk onluqda sonrakı yerləri ABŞ, Ukrayna, Hindistan, Fransa, Almaniya, Belarus və Çindən ziyarətçilər tutur. Novator.az-ın məlumatına görə, hesabatı yaya...