Finlandiya: dörd partiya koalisiya qurur
- 05 May 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Finlandiyada yeni hökuməti parlamentdə təmsil olunan dörd partiya qurur. Novator.az bildirir ki, koalisiya danışıqları mayın 2-də başlayıb.
Aprelin 2-də keçirilmiş parlament seçkisində Milli Koalisiya Partiyası 200 nəfərlik qanunverici orqana 48, Əsl Finlər Partiyası 46, Sosial Demokrat Partiyası 43, Mərkəz Partiyası 23, Yaşıl İttifaq bloku 13, Sol İttifaq 11, İsveç Xalq Partiyası 10, Xristian Demokrat Partiyası 5, “İndi” hərəkatı 1 mandatla düşüb. Hökumət qurmaq Milli Koalisiya Partiyasının lideri Petteri Orpoya həvalə olunub. O, koalisiyaya Əsl Finlər, İsveç Xalq, Xristian Demokrat partiyalarını dəvət edib.
1969-cu il təvəllüdlü Petteri Orpo 2014-2015-ci illərdə kənd və meşə təsərrüfatı naziri, 2015-2016-cı illərdə daxili işlər naziri, 2016-2019-cu illərdə maliyyə naziri olub. Milli Koalisiya Partiyasına 2016-cı ildən liderlik edən Petteri Orpo 2023-cü il aprelin 13-dən parlament sədridir.
Finlandiya baş naziri yola salır
Finlandiyada hökumət dəyişikliyi rəsmiləşir