Yaxın ölkələrdə neçə xəstə var?
- 04 Aprel 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Aprelin 4-nə olan beynəlxalq statistikaya görə, 203 ölkə və ərazidə 20 milyon 159,2 mindən çox aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, Rusiyada 241258, Moldovada 101625, İranda 97712, Estoniyada 88492, Gürcüstanda 39935, Ukraynada 33991 şəxs müalicə altındadır.
Qazaxıstanda xəstə sayı 13144, Özbəkistanda 8716, Qırğızıstanda 7408, Litvada 5303, Ermənistanda 4250, Belarusda 1327, Latviyada 416, Tacikistanda 397 nəfər göstərilir.
Azərbaycanda 829870 nəfər koronavirusa yoluxub, onların 10185-i vəfat edib, 444-ü aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib.