Yaxın ölkələrin itkiləri
- 03 Mart 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Martın 3-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6,8 milyon şəxsin ölümünə gətirib. Yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 396176 nəfər. İranda 144864, Ukraynada 111235, Türkiyədə 101492 ölüm rəsmiləşib.
Gürcüstanda infeksiya qurbanları 16965, Qazaxıstanda 13846, Moldovada 11988, Litvada 9589, Ermənistanda 8721, Belarusda 7118, Latviyada 6242, Qırğızıstanda 2991, Estoniyada 2940, Özbəkistanda 1637, Tacikistanda 125 nəfər göstərilir.
Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Milli hesabata əsasən, ölkədə 828628 nəfər koronavirusa yoluxub, onların 10122-si vəfat edib, 179-u aktiv xəstədir, qalanları sağalıb.