Britaniya hökuməti klub futbolunu nəzarətə götürür
- 23 Fevral 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Böyük Britaniya hökuməti futbol klublarının maliyyə vəziyyətinə nəzarət edən tənzimləyici qurum yaratmağa qərar verib. Novator.az bildirir ki, ölkənin Mədəniyyət, KİV və İdman Nazirliyi fevralın 23-də belə məlumat yayıb.
Plana görə, tənzimləyici qurum İngiltərənin beş yüksək futbol liqasında yeni lisenziyalaşdırma sistemi tətbiq edəcək, həmçinin klub sahibləri və rəhbərlərinin gəlir mənbələri üzrə yoxlamalar aparacaq.