Saakaşvili 42,4 kiloqram arıqlayıb
Gürcüstan ombudsmanı nəzdində həkimlər şurasının üzvləri dekabrın 4-də paytaxt Tbilisidəki “Vivamedi” Tibb Mərkəzində sabiq prezident Mixail Saakaşviliyə baş çəkib. Həkim Tengiz Suladzenin dekabrın 5-də verdiyi açıqlamaya görə, sabiq prezident həbs müddətində 42 kiloqramdan çox arıqlayıb. Tutularkən...
İrandan nə siqnal gəlir? – “Vaşinqton Post”
İran İslam Respublikasında hicab qaydalarına riayət nəzarəti həyata keçirən əxlaq polisi fəaliyyətini müvəqqəti dayandırıb, yoxsa ləğv olunub? Ötən həftəsonu mətbuat konfransı keçirən İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri suallardan birini cavablandırarkən əxlaq polisinin fəaliyyətini dayand...
Büdcə layihəsi yenilənib
2023-cü ilin dövlət büdcəsi layihəsi yenilənib. APA-nın 5 dekabr məlumatına görə, yeni layihədə gəlirlər 30 milyard 773,9 milyon manat, xərclər 33 milyard 353,3 milyon manat göstərilir. Milli Məclisdə iki oxunuşdan keçmiş əvvəlki layihədə 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon ma...
“Azərbaycan Dəmir Yolları”nda yeni sözçü
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yeni sözçü – mətbuat katibliyi şöbəsinin rəisi təyin edilib: Sənubər Nəzərova. Rəsmi xəbər dekabrın 5-də yayılıb. Əvvəlki sözçü Natəvan Bayramova ötən həftə postdan gedib. Təqdimata görə, Xəzər Universitetinin humanitar elmlər fakültəsini (...
Doğumun çox olduğu bölgələr
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 93612 doğum qeydə alınıb, hər 1000 nəfərə 12,4 doğum düşüb. Novator.az bildirir ki, ümumi göstəricinin 11 olduğu Bakıda Qaradağ rayonu hər 1000 nəfərə 14,4 doğumla öndə, Sabunçu 12,7 doğumla ikin...
Rusiyanın müalicəsi
Əli Kərimli AXCP sədri Rusiya əhalisi Ukrayna ilə savaşdan üz çevirir. Putin bu savaşda xalq dəstəyini itirib. “Meduza” internet nəşri Rusiya Federal Mühafizə Xidmətinin Kremlin sifarişi ilə keçirdiyi gizli, yalnız Putin və ətrafı üçün nəzərdə tutulan sorğunun nəticələrini əldə edib. Gizli sorğuya g...
ADR yeni partiya qanununu kənara qoymağa çağırır
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Milli Məclisin 29 noyabr iclasında ilk oxunuşdan keçmiş “Siyasi partiyalar haqqında” qanun layihəsinə münasibət bildirib. Novator.az-ın məlumatına görə, dekabrın 5-də yayılan bəyanatda qeyd olunur ki, layihə Avropa İnsan Hüquqları Konvensiyasının və Az...
Taleh Bağırov tibbi yardımdan imtina edir
Bakıdakı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov aclıq aksiyasını davam etdirir. “Turan”ın məlumatına görə, vəkil Fəxrəddin Mehdiyev dekabrın 3-də Taleh Bağırova baş çəkib. O, Taleh Bağırovun başqa cəzaçəkmə müəssisəsinə köçürülmək tələbi qoyduğunu,...
Koronavirus hesabatı
Ümumi hesabata görə, Azərbaycanda 824499 nəfər koronavirusa yoluxub, onların 9983-ü vəfat edib, 269-u aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. 2...
Neft: yeni razılaşma, eyni norma
Neft ixrac edən ölkələrin koalisiyası dekabrın 4-də yeni razılaşma əldə edib. Novator.az bildirir ki, noyabr-dekabr ayları üçün müəyyən edilmiş hasilat hədlərinin 2023-cü ildə qüvvədə saxlanmasına qərar verilib. Azərbaycanın gündəlik hasilat norması 684 min barreldir. Beynəlxalq koalisiyaya OPEK ölk...