• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə günü dəyişib

  • 11 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Suraxanı Rayon Məhkəməsi siyasətçi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi istəyi yer alan ərizəsinə noyabrın 16-da baxacaq. Məlumatı vəkil Aqil Layic yayıb.

Hakim Anar İbrahimovun icraatında olan proses öncə noyabrın 11-nə təyin edilmişdi.

Novator.az bildirir ki, Tofiq Yaqublu ata yurdu Gürcüstana səfər etmək istəyir. Oktyabrın 30-da onun atası Bakıda vəfat edib, noyabrın 1-i Gürcüstanda dəfn edilib. Şərti məhkumluq çəkdiyi üçün Tofiq Yaqublu dəfnə gedə bilməyib.

Siyasətçinin Gürcüstana səfərinə ötən ildən icazə verilmir. 2021-ci il iyulun 11-də Tofiq Yaqublunun anası vəfat edib. O zaman ev dustağı olan siyasətçi dəfnə, yasa getməyə razılıq ala bilməyib. Suraxanı Rayon Məhkəməsinə üz tutan Tofiq Yaqublunun müraciəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.

Tofiq Yaqublu 2022-ci ilin iyun ayında üzərində nəzarətə məsul Bakı Şəhər Probasiya İdarəsinə müraciət edərək anasının ilində iştiraka, məzarını ziyarət eləməyə razılıq istəyib, ancaq yenə yox cavabı alıb.

1961-ci ildə Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranı, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub.

Siyasətçi bəraət istəyi ilə Ali Məhkəməyə şikayət edib.

Pensiyalar nə qədər arta bilər?

  • 11 Noyabr 2022
  • comments

İran etirazları: güneyli gəncin “Forbes” jurnalına...

  • 11 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda