Novator.az koronavirus infeksiyasına qarşı peyvənd statistikasını təqdim edir.
Rəsmi hesabata görə, Azərbaycanda 5 milyon 340 min 341 nəfərə bir, 4 milyon 840 min 612 nəfərə iki, 3 milyon 232 min 387 nəfərə üç və daha çox, 240 min 382 nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.
Ölkədə peyvəndləmə 2021-ci il yanvarın 18-dən aparılır.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni növ koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, ümumilikdə 792588 nəfər yoluxub, onların 9709-u vəfat edib, 61-i aktiv xəstədir, qalanları sağalıb.