Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin yanvarın 18-də imzaladığı sərəncamda təltif dövlət qulluğunda səmərəli fəaliyyətlə əsaslandırılıb.
Yanvarın 20-də Rövşən Rzayevin 60 yaşı tamam olur.
1962-ci il təvəllüdlü Rövşən Rzayev Bakı Dövlət Universitetinin tarix və hüquq fakültələrini bitirib. Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. Dörd dəfə Milli Məclisin deputatı seçilib.
21 aprel 2018-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.