Prezident İlham Əliyev noyabrın 11-də Türkiyənin İstanbul şəhərinə səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Atatürk Hava Limanında qarşılanıb.
Səfərin məqsədi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündə iştirakdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2009-cu ildə yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan şurada müşahidəçidir. Qurumun sammitləri və müxtəlif tədbirlərində Türkmənistan da yer alır.