2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41,9 milyard manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi qeyri neft-qaz sektorunda məhsul istehsalının 20 faiz artdığını bildirir.
Başqa rəsmi açıqlamaya əsasən, yanvar-oktyabr aylarında əsas kapitala 10 milyard 568,5 milyon manat məbləğində, 2020-ci ilin on ayına nəzərən 11,5 faiz az vəsait yönəldilib, investisiyalar neft-qaz sektorunda 9,2 faiz, qeyri neft-qaz sektorunda 13,1 faiz düşüb.