Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəsmi proqnozuna görə, noyabrın 12-si Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənir. Temperaturun gecə 6-8 dərəcə, gündüz 10-12 dərəcə isti olacağı bildirilir: “Bölgələrdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 3-7 dərəcə, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 isti olacağı proqnozlaşdırılır”.
Noyabrın 12-si gündüzdən və noyabrın 13-də ölkə ərazisində əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, temperaturun tədricən yüksələcəyi vurğulanır.
Ötən gün və noyabrın 11-nə keçən gecə bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
Rəsmi məlumata görə, qarın qalınlığı Qusarda 9 santimetrə çatıb, Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə, Aran rayonlarında 7-10 dərəcə, Naxçıvan Muxtar Respublikasında dərəcə 1-7 isti, dağlıq rayonlarda 2-8 dərəcə şaxta qeydə alınıb.