Ermənistanın yeni iqtisadi göstəriciləri
- 26 Oktyabr 2021
- comments
- hikmet
- Posted in AktualDünyanın səsiXəbər
2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda ümumi daxili məhsul əvvəlki ilin doqquz ayına nəzərən 4,4% artıb. Novator.az-ın məlumatına görə, ölkənin Statistika Komitəsi oktyabrın 26-da belə hesabat yayıb.
Rəsmi statistikaya əsasən, tikinti sektoru və ticarət dövriyyəsinin hər birində 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,4%, sənaye istehsalında 0,7% yüksəliş, kənd təsərrüfatında 1,5% tənəzzül qeydə alınıb.
İdxalın 17,2%, ixracın 9,4% böyüdüyü vurğulanır.