Prezidentin köməkçisi, administrasiyanın hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib. Oktyabrın 19-da imzalanan prezident sərəncamında təltif dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlə əsaslandırılıb.
Novator.az bildirir ki, oktyabrın 20-də Məhərrəm Əliyevin 70 yaşı tamam olur.
Məhərrəm Əliyev general-polkovnikdir. O, 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb, 2012-ci ildən prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, 2017-2019-cu illərdə ədliyyə nazirinin müavini postunu tutub.