2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına 8 milyard 259,4 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsi bildirir ki, sərmayənin 68,5 faizi məhsul istehsalı sahələrinin, 24,1 faizi xidmət sahələrinin, 7,4 faizi yaşayış evlərinin tikintisinin payına düşüb.
Hesabata görə, sərmayənin 37,5 faizini dövlət, 62,5 faizini qeyri-dövlət sektorunun sərmayədarları qoyub, əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 4 milyard 875,6 milyon manat, büdcə vəsaitləri 1 milyard 714,9 milyon manat, bank kreditləri 467,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 563,1 milyon manat, başqa vəsaitlər 638,7 milyon manat olub.
Xarici müəssisə və təşkilatların 2 milyard 924,4 milyon manat vəsait yatırdığı vurğulanır.