“2021-ci ilin dövlət büdcəsi haqqında” qanunda 25 milyard 427 milyon manat gəlir nəzərdə tutulur. Novator.az bildirir ki, bu məbləğin 3 milyard 900 milyon manatı Dövlət Gömrük Komitəsinin üzərinə düşür.
Dövlət Gömrük Komitəsinin yeni hesabatına görə, yanvar-iyun aylarında dövlət büdcəsinə 2 milyard 38 milyon 235,4 min manat ödənib.