Şəhla Hümbətova və daha iki nəfərin vəkilliyi bərpa olunub
Hüquqşünas Şəhla Hümbətovanın vəkilliyi bərpa olunub.
Novator.az bildirir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2019-cu il noyabrın 27-də Şəhla Hümbətovanın vəkillik fəaliyyətini dayandırıb, ardınca vəkilliyə xitam verilməsi üçün məhkəməyə müraciət edib.
İddiaya görə, Şəhla Hümbətova kollegiyaya üzvlük haqqını gecikdirib.
Bakı İnzibati Məhkəməsi 2021-ci il martın 5-də Şəhla Hümbətovanın vəkilliyinə xitam verib.
Şəhla Hümbətova siyasi məhbusların əsas vəkillərindən biri kimi tanınıb.
Mayın 5-də yayılan rəsmi bilgiyə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti məhkəmə iddiasından imtina edib, Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin bərpası barədə qərar çıxarıb, hüquqşünaslar İradə Cavadova və Türkel Süleymanlı ilə də bağlı eyni addım atılıb.