Novator.az bölgələr üzrə əmanət statistikasını təqdim edir.
Mərkəzi Bankın hesabatına görə, 2021-ci il martın 1-nə Bakıda 7 milyard 466,1 milyon manatlıq əmanət qeydə alınıb.
İqtisadi rayonlarda əmanət məbləği belə rəsmiləşib:
Abşeron – 216,1 milyon manat
Aran – 186 milyon manat
Gəncə-Qazax – 169,3 milyon manat
Naxçıvan – 87,4 milyon manat
Lənkəran – 76,8 milyon manat
Şəki-Zaqatala – 69,4 milyon manat
Quba-Xaçmaz – 60,5 milyon manat
Dağlıq Şirvan – 41,9 milyon manat
Yuxarı Qarabağ – 5,9 milyon manat.
Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yer almır.
Mərkəzi Bank martın 1-nə əmanət məbləğini 8 milyard 379,9 milyon manat göstərib. 2021-ci il 8 milyard 177,9 milyon manatla başlamışdı.