“Erməni faşizmini məhv etdik”
Prezident İlham Əliyev martın 31-i Türk Şurasının sammitində çıxış edib. O, Qarabağ müharibəsindən söz açıb: “30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlikdə tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi zəbt edilmiş, bir...
Müdafiə Nazirliyinin Laçındakı vəziyyətlə bağlı açıqlaması
“Azərbaycan Ordusunun Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhəd ərazisindəki hərbi qulluqçularının guya Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərini mühasirəyə alması və ermənilərin istənilən an postlarını itirə biləcəyi barədə yayılan məlumatın əsası yoxdur”...
Türk sammiti
Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) video formatında qeyri-formal zirvə görüşü keçirilib. Türk Şurası 2009-cu ildə yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan şurada müşahidəçidir. Qurumun sammitləri və müxtəl...
Pensiyaçıların sayı
Dövlət Statistika Komitəsinin 31 mart məlumatına görə, 2021-ci il yanvarın 1-nə ölkədə 1 milyon 228,8 min pensiyaçı qeydiyyatda olub, onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi ailə başçısını itirməyə görə pensiya alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların orta aylı...
Yoluxma və itki ayları
Nazirlər Kabineti yanında operativ qərargahın 31 mart hesabatına görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 261713 nəfərə, xəstəlik qurbanlarının ümumi sayı 3567 nəfərə çatıb. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 202...
Paşinyanın naziri istefa verdi
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop (Akob) Arşakyan martın 31-də istefa verib. 1985-ci il təvəllüdlü Akop Arşakyan hökumətdə 2018-ci ildən təmsil olunub. Bu ilin martında o, paytaxt Yerevanın kafelərinin birində jurnalistə fiziki təzyiq göstərdiyi üçün ictimai qınağa tuş gəlib. E...
Şuşanın qatili öldü
1992-ci ilin may ayında Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş general-mayor Arkadi Ter-Tadevosyan ölüb. Novator.az-ın məlumatına görə, 82 yaşlı generalın Ermənistan paytaxtı Yerevanın “Erebuni” Tibb Mərkəzində vəfat etdiyi martın 31-də açıqlanıb. Şuşa şəhəri 1750-ci ildən Qarabağ xanlığ...
Canni De Byazi dövründə
2020-ci il iyulun 10-dan Azərbaycanın milli futbol komandasına italyan Canni De Byazi baş məşqçilik edir. Novator.az bildirir ki, onun rəhbərliyi altında yığma 10 oyun keçirib, 1 qələbə əldə olunub, 4 matç heç-heçə başa çatıb, 5 görüş uduzulub. UEFA Millətlər Liqasının qrup raundunda Lüksemburqla 1:...
Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından imtina edir
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxmaq istəyir, bunun üçün prezident İlham Əliyevə müraciət edib. Məhbusun anası Zeynəb Abdullayeva “Turan” agentliyinə deyib ki, oğlu ona qarşı haqsızlıqlara etiraz olaraq belə addım atır. Məlumata görə, Hüseyn Abdullayev dövl...
Ən çox qoyulan adlar
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda doğulan 285 qıza Zəhra adı qoyulub. Novator.az Ədliyyə Nazirliyinin rəsmi saytının təqdim etdiyi statistikaya istinadla bildirir ki, 216 qız Aylin, 212 qız Zeynəb adı alıb. Üç ayın populyar qız adlarının ilk onluğunda bu adlar da var: Mələk – 192...
Neftsiz ixracın üç lideri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ixrac icmalı yayıb. Hesabata görə, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 331,3 milyon ABŞ dolları dəyərində olub, ixrac 2020-ci ilin ilk iki ayı ilə müqayisədə 11,3 faiz artıb. İxrac edilən qeyri-neft s...
İran-Çin sazişi nə vəd edir?
İran və Çinin xarici işlər nazirləri martın 27-si Tehranda siyasi, strateji və iqtisadi əməkdaşlıq sazişi imzalayıblar. Sənəd 25 illik müddəti əhatə edir. Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli İran-Çin sazişi mövzulu şərhində 2015-ci ildə İranın ABŞ, Böyük Britaniya, Fransa, Rusiya,...
Ucuz enerjiyə doğru
Samir Əliyev ABŞ hökuməti 2030-cu ilə kimi günəş enerjisinin bir kilovatının qiymətini orta hesabla 2 sentə endirmək niyyətindədir. Əvvəlki planda hədəf 3 sent idi. İndi hökumət hesab edir ki, 3 sent hədəfinə 5 il tez – 2025-ci ildə çatacaq. Hazırda ABŞ-da günəş enerjisinin bir kilovatı əvvəl gözlən...
Qətər yolsuzluğu?
Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin üçüncü turu start götürüb. Novator.az-ın məlumatına görə, A qrupunda yarışan Azərbaycan milli komandası martın 30-u Bakıda Serbiyaya uduzub – 1:2. Lüksemburq – Portuqaliya matçında 1:3 hesabı qeydə alınıb. Qrupda Portuqaliya və Serb...
Üç ayın kursu
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin yanvar-mart aylarında necə dəyişməsinə nəzər salıb. Avro 2021-ci ilə 2,0854 manatla başlayıb. Yanvarda ən yüksək rəsmi kurs 2,0958 manat, fevralda 2,0697 manat, martda 2,0547 manat olub. Gürcüstan larisi 0,5144 manatla start götürüb. Yanvarda rəsmi...