Ədliyyə Nazirliyinin dövlət qeydiyyatına aldığı 6 siyasi partiya (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası) prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına qoşulub. Qərarlar 2021-ci il martın 5-də rəsmiləşib.
Novator.az bildirir ki, bununla dövlət qeydiyyatı olan partiyaların sayı 56-ya düşür:
1992-ci ildə qeydiyyata alınmış partiyalar – Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Yeni Azərbaycan Partiyası;
1993-cü ildə qeydiyyata alınmış partiyalar – Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası (2020-ci ildən rəsmən Ağ Partiya kimi tanınıb), Demokratik Azərbaycan Dünyası Partiyası (2020-ci ildən Milli Həmrəylik Partiyası adlanır), Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Qorqud Partiyası;
1994-cü ildə qeydiyyata alınmış partiyalar – Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası;
1995-ci ildə qeydiyyata alınmış partiyalar – Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası;
1998-ci ildə qeydiyyata alınmış partiyalar – Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Vəhdət Partiyası;
1999-cu ildə qeydiyyata alınmış partiyalar – Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası;
2000-ci ildə qeydiyyata alınmış partiyalar – Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mübarizləri Partiyası;
2002-ci ildə qeydiyyata alınmış partiyalar – Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası;
2005-ci ildə qeydiyyata alınmış partiyalar – Böyük Quruluş Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş Birliyi Partiyası;
2007-ci ildə qeydiyyata alınmış partiyalar – Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası;
2008-ci ildə qeydiyyata alınmış partiya – Azərbaycan Milli Demokrat Partiyası;
2009-cu ildə qeydiyyata alınmış partiya – Aydınlar Partiyası;
2011-ci ildə qeydiyyata alınmış partiya – Milli Dirçəliş Hərəkatı Partiyası;
2020-ci ildə qeydiyyata alınmış partiyalar – Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Gələcək Azərbaycan Partiyası.