Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar ayında kənd təsərrüfatının ümumi məhsulu 2020-ci ilin ilk ayı ilə müqayisədə 2,3 faiz artıb (heyvandarlıq məhsullarının istehsalı 2,1 faiz, bitkiçilik məhsullarının istehsalı 6,8 faiz): “Yük daşınması üzrə 12 faiz, sərnişin daşınması üzrə 53,8 faiz azalma var. İnformasiya və rabitə xidmətlərinin həcmi 5,1 faiz düşüb.
2020-ci ilin yanvar ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 1,3 faiz azalıb, dövlət büdcəsinə 2 milyard 320,6 milyon manat vəsait daxil olub, büdcədən 1 milyard 231,9 milyon manat vəsait xərclənib.
2021-ci il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 530,5 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 177,9 milyon manat göstərilib”.