Fevralın 2-də sərəncam imzalayan dövlət başçısı İlham Əliyev prezident mükafatı alan gənclərin siyahısını rəsmiləşdirib. Mükafatı elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosial yönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqləndikləri bildirilən bu şəxslər alır:
Abbaszadə Orucəli Saleh oğlu
Abdulova Nərgiz Cövdət qızı
Əhmədov Ramil Bayram oğlu
İsmayıllı İsmayıl Cəfər oğlu
Qarayev Atəş İbrahim oğlu
Qasımov Pərvin Alim oğlu
Qasımzadə Zəhra İsa qızı
Qənbərov Nəcəf Bilal oğlu
Mirzəyeva Səmra Tahir qızı
Pərdəşünas Fərid Bayram oğlu.
Gənclər üçün prezident mükafatı 2013-cü ildə təsis edilib. Məbləği 10 min manat olan mükafat hər il 10 nəfərə verilir.