Azərbaycan nefti bir ayda 5,76 dollar bahalaşıb
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli fevral ayına 56,68 dollarla başlayıb. Novator.az bildirir ki, bu, ilin start qiymətindən 5,76 dollar yuxarı qiymətdir.
Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92 dollarla qədəm qoyub.
Beynəlxalq razılaşmaya görə, Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında gündəlik xam neft hasilatını 595 min barrel həcmində saxlamalıdır.