Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2019-cu ilə nisbətən 2,8 faiz yüksəlib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1 faiz inflyasiya getdiyi bildirilir.
Novator.az əvvəlki illərin rəsmi inflyasiya göstəricilərinə də nəzər salıb.
2010-cu ilin rəsmi inflyasiya göstəricisi 5,7 faizdir.
2011-ci ildə 7,9 faiz, 2012-ci ildə 1,1 faiz, 2013-cü ildə 2,4 faiz, 2014-cü ildə 1,4 faiz, 2015-ci ildə 4 faiz, 2016-cı ildə 12,4 faiz, 2017-ci ildə 12,9 faiz, 2018-ci ildə 2,3 faiz, 2019-cu ildə 2,6 faiz bahalaşma gedib.