Qazaxıstan parlamentinə üç partiya düşdü
- 11 Yanvar 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Qazaxıstanda parlamentin aşağı palatasına yanvarın 10-da keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 5 partiyanın qatıldığı seçki yarışında sabiq prezident, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevin liderlik etdiyi Nur Otan Partiyası 71 faizdən çox səslə önə çıxıb.
Parlamentə daha iki partiya düşüb: Demokrat Partiyası 10,9 faiz, Xalq Partiyası 9,1 faiz səs yığıb.
107 deputatdan ibarət aşağı palatanın – Məclisin 98 deputatı proporsional üsulla (partiya siyahıları üzrə) seçilir, 9 deputatı Qazaxıstan Xalqı Assambleyası müəyyənləşdirir. Assambleya seçkini yanvarın 11-də keçirib. Səsverməyə assambleyanın 351 üzvü qatılıb.
Mənbə: Sputnik.kz