1145 hadisə, 504 ölüm
- 19 Noyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1145 yol-nəqliyyat hadisəsi baş verib. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, hadisələrdə 504 nəfər həlak olub, 1023 nəfər xəsarət alıb.
Statistikaya görə, yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol hərəkəti qaydaları əleyhinə doqquz ayda aşkarlanmış inzibati xətaların sayı 2 milyon 846,5 min göstərilir, qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edildiyi vurğulanır.