Nazirlər Kabineti yanında operativ qərargahın 9 sentyabr məlumatına görə, Azərbaycanda daha 175 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 37732 nəfər göstərilir: onların 555-i dünyasını dəyişib, 2058-i aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 902 mindən çox adamın həyatına son qoyub. Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də rəsmiləşib, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 21 nəfər koronavirusun qurbanı olub.