“Avroviziya”: 32 təsdiq var
- 09 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
65-ci “Avroviziya” mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 32-yə çatıb.
Novator.az bildirir ki, 1956-cı ildən keçirilən “Avroviziya” ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir. 2020-ci ildə Niderlandın Rotterdam şəhərində keçirilməli olan 65-ci yarışma koronavirus pandemiyası üzündən baş tutmayıb, Avropa Yayım Birliyi müsabiqənin 2021-ci il mayın 18-dən 22-dək eyni məkanda təşkilinə qərar verib.
Azərbaycanı müsabiqədə Samirə Əfəndi təmsil edəcək. O, 2020-ci il yarışması üçün seçilmişdi.
Daha 18 ölkə “Avroviziya 2021”ə 2020-ci il müsabiqəsi üçün seçilmiş təmsilçilərlə qatılacaq:
Avstraliya – Cessika Alissa Serro
Avstriya – Vinsent Bueno
Belçika – “Huverfonik” qrupu
Bolqarıstan – Viktoriya Georgiyeva
Çexiya – Ben Kristovao
Gürcüstan – Tornike Kipiani
İspaniya – Blas Kanto Moreno
İsrail – Eden Alene
İsveçrə – Con Muharremay
Latviya – Samanta Tina
Malta – Destini Çukunyere
Moldova – Natalya Qordiyenko
Niderland – Janqyu Makroy
Rumıniya – Larisa Roxana
San Marino – Senhit Zadik Zadik
Sloveniya – Ana Sokliç
Ukrayna – “Go A” qrupu
Yunanıstan – Stefaniya Liberakakis.
2021-ci il müsabiqəsinə Almaniya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İsveç, Kipr, Litva, Norveç və Serbiyanın qatılacağı da dəqiqləşib.