Şəhid generalın xatirəsinə həsr olunan müsabiqəyə yekun vurulub
- 25 Avqust 2020
- comments
- Novator.az
- Posted in Xəbər
Mustaqil.az saytının və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin şəhid general Polad Həşimovun xatirəsinə həsr etdiyi yaradıcılıq müsabiqəsinə yekun vurulub.
Layihənin rəhbəri Faiq Balabəylinin bildirdiyinə görə, münsiflər heyətinin qərarına əsasən müsabiqədə 1-ci yerə hərbi mövzularda qələmə aldığı yazılarına görə əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli, 2-ci yerə “Yazı” jurnalının baş redaktoru, yazıçı Azad Qaradərəli, 3-cü yerə Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Aysel Xanlarqızı və Abşeron rayonunun Saray qəsəbəsində yerləşən A.Müzəffərov adına 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəlliməsi Nigar İlhamqızı layiq görülüblər.
Qaliblərə diplom və mükafatlar yaxın günlərdə təqdim olunacaq.