2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 785 minə yaxın adamın həyatına son qoyub. Azərbaycanda 34474 yoluxma, 509 ölüm rəsmiləşib.
Novator.az yaxın ölkələrin itkilərinə də nəzər salıb:
İran – 19972 ölüm
Rusiya – 15989
Türkiyə – 6016
Ukrayna – 2144
Qırğızıstan – 1498
Qazaxıstan – 1415
Moldova – 908
Ermənistan – 833
Belarus – 617
Özbəkistan – 243
Litva – 81
Tacikistan – 65
Estoniya – 63
Latviya – 33
Gürcüstan – 17.
Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb. Həmin ay ümumilikdə 3 yoluxma ilə bitib.
Martın 12-si ilk ölüm barədə məlumat verilib. Ayın sonunda ümumilikdə 298 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 5 nəfərin vəfat etdiyi açıqlanıb.
Aprel 1804 yoluxma, 24 ölüm, may 5494 yoluxma, 63 itki, iyun 17524 yoluxma, 213 itki, iyul 31878 yoluxma, 448 itki ilə yekunlaşıb.