Nazirlər Kabineti yanında operativ qərargahın 10 iyul məlumatına görə, Azərbaycanda daha 526 nəfər koronavirus infeksiyasına yoluxub, 502 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 8 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 22990 nəfər göstərilir: onların 14093-ü müalicə olunaraq sağalıb, 292-si dünyasını dəyişib, 8605-i aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 79 nəfər koronavirusun qurbanı olub.