AZƏRTAC-ın 12 iyun məlumatına görə, London birjasında brent markalı neftin barreli 37,77 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 35,51 dollara satılır.
“AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 40,33 dollar qiymət qoyulduğu bildirilir.
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya görə, 2020-ci ilin may-iyul aylarında Azərbaycan gündəlik neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
İyuldan sonra Azərbaycanın gündəlik hasilatı 587 min barrel, 2021-ci ilin yanvar ayından isə 620 min barrel olmalıdır.