İki 5-in ordeni
- 12 İyun 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Prezident İlham Əliyev sərəncam imzalayaraq baş nazirin müavini Şahin Mustafayevi “Şöhrət” ordeni ilə təltif edib. Təltif Şahin Mustafayevin Azərbaycanın iqtisadi inkişafında xüsusi xidmətləri ilə əsaslandırılıb.
Novator.az bildirir ki, iyunun 13-də Şahin Mustafayevin 55 yaşı tamam olur.
1965-ci ildə Ermənistanda doğulan Şahin Mustafayev 1989-cu ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Bakı Baş Tikinti İdarəsində, “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifələrində çalışıb.
1992-ci ildən vergi orqanlarında müxtəlif məsul postlarda işləyib, o cümlədən Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub.
2003-cü ildən Dövlət Neft Şirkətində çalışıb, mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi, iqtisadi məsələlər üzrə vitse-prezident postlarını tutub.
2006-cı ildə vergilər nazirinin birinci müavini, 2008-ci ildə iqtisadi inkişaf naziri, 2013-cü ildə iqtisadiyyat və sənaye naziri, 2016-cı ildə iqtisadiyyat naziri təyin olunub.
2019-cu il oktyabrın 22-dən baş nazirin müavinidir.
Ailəlidir, 3 övladı var.